C.Rassell: Həmiltonu məğlub etdiyimi kimsə xatırlamayacaq

Corc etiraf edib ki, geridə qoyduğumuz mövsümü ümumi nəticədə komanda yoldaşının önündə başa vurmasını əhəmiyyətli hesab etmir.

F-1.az xatırladır ki, Corc Rassell keçən mövsüm sürücülər çempionatında 4-cü, Lyuis Həmilton isə 6-cı yeri tutub.

Corc Rassell: “Şəxsən mənim üçün Braziliyadakı qələbə çempioantdakı yerdən daha vacibdir. Bu və ya digər şəkildə, heç kim Lyuisi xallarda məğlub etdiyimi xatırlamayacaq. Mən yalnız dördüncü oldum və podiumdan kənar yerlər heç kimə maraqlı deyil.

Bir il əvvəl mənə yarışda qələbə, poul və səkkiz podium təklif etsəydilər, cavab verərdim: “Xeyr, təşəkkürlər”. Mənim ambisiyalarım və komandanın ambisiyaları daha yüksəkdir”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*