19 Noyabr 2019, Çərşənbə axşamı - 04:36

C.Herbert: “Rosberq düz etdi”

C.Herbert: “Rosberq düz etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

13:28 - 19 Fevral, 2017

Sabiq Formula1 sürücüsü Coni Herbert bildirib ki, Formula1 üzrə Dünya Çempionu olsaydı, Rosberq kimi istefa verərdi.

F-1.az xatırladır ki, Rosberq çempion olduqdan 5 gün sonra istefa vermiş və hamını təəccübləndirmişdi.

Formula1 karyerası ərzində 3 qələbə qazanmış Herbert isə bu qərara təəccüblənməyib: “Digərləri kimi təəccüblənib şoka düşmədim. Bilmirəm. Çünki mən çempion olmadım, amma düşünürəm ki, xasiyyətlərimiz eynidir. Mənim ən böyük hədəfim Dünya Çempionu olmaq idi və olsaydım, eyni formada istefa verərdim.

Əbu Dabidə podiumda yorğun görünürdü. Psixoloji və fiziki cəhətdən tükənmişdi. Qələbə qazandığı vaxt tənqidçi oluruq, çünki o hissi görmürük. Amma uğura getdiyi yolu izləmək gözəl idi.

Bir müddət ailəsi ilə maraqlanacaq. Daha sonra Le Man və ya DTM-də mübarizə apara bilər. Məncə, Formula1-ə heç vaxt qayıtmayacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 230
Teqlər ,
Paylaş

logo