C.Batton: Həmilton gedə bilər

Sabiq Formula1 sürücüsü Censon Batton düşünür ki, Lyuis Həmilton karyerasını bitirə bilər.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu bu il özünə bənzəmir. Britaniyalı sürücü bu il sadəcə 1 dəfə podiuma yüksələ bilib və gənc komanda yoldaşı Rassellə bütün statistikalarda uduzur.

Censon Batton: “Lyuis zəif maşın sürdüyü üçün dəyişib. 2014-cü ildən bəri Dünya Çempionluğu üçün mübarizə aparırdı. Bundan başqa gənc və güclü komanda yoldaşı var.

Corc Williams-dan gəlib və əvvəlki illərə nisbətən yaxşı maşın sürdüyü üçün problem yaşamır. Lyuis isə maşına güvənə bilmir. Bir neçə yarışda zəif çıxış etsəniz, mənəvi cəhətdən geriləyirsiniz. Formula1 təkcə fiziki yox, həm də zehni idman növüdür.

Lyuis idman tarixinin ən yaxşı pilotlarındandır. Yenidən güclənəcək. Bəlkə də, karyerasının bitdiyini düşünür və başqa işlə məşğul olmaq istəyir. Kim bilir?”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*