Bottas Melburnda xüsusi dəbilqədə yarışacaq

Finlandiyalı sürücü komandanın rəsmi xeyriyyə tərəfdaşı olan Save the Children üçün hərraca çıxarılmazdan əvvəl Melburnda istifadə edəcəyi dəbilqənin iki rəng çalarlarını təqdim edib.

F-1.az xəbər verir ki, Valtteri Avstraliya Qran Prisində istifadə edəcəyi dəbilqəyə iki müxtəlif dizayn vermək üçün yerli aborigen rəssam Riki Kildea ilə əməkdaşlıq edib. Onlardan biri martın 28-dən aprelin 11-dək keçiriləcək hərracda satılacaq, Valtteri dəbilqəni şəxsən hərracın qalibinə təhvil verəcək.

Valtteri Bottas: “Mən həmişə dizaynla maraqlanmışam. Təəccüblü deyil ki, bəzən bu marağımı dəbilqəni rəngləyərək ilə ifadə edirəm. Son illərdə dostum Tiffaninin dəstəyi ilə Avstraliyanın mədəniyyəti və tarixi ilə maraqlandım. O, burada doğulub, birlikdə yerli əhaliyə dəstəyimizi ifadə etməyə çalışdıq. Riki ilə əməkdaşlığımız belə yarandı.

Riki istedadlı rəssamdır və mən dəbilqənin dizaynını hazırlayarkən yaradıcı olmaqdan həzz alırdım. Düşünürəm ki, bu, trasdə indiyə qədər təqdim etdiyim ən yaxşı dizaynlardan ikisidir və onlardan birini xeyriyyə məqsədli hərracda satmaqdan məmnunam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*