Bəhreyn-2022: Üçüncü sərbəst yürüşlər

Dünən Bəhreyndəki ilk məşqlər üçün çox da əhəmiyyətli olmadığını demişdik. Eyni fikri üçüncü məşqlər üçün də səsləndirmək olar, çünki bu 2 sessiya əsas sessiyalardan fərqli olaraq, gündüz baş tutur.

F-1.az bildirir ki, buna baxmayaraq, komandalar bu məşqləri testlərin davamı hesab edib intensiv proqram ilə çıxış edirlər. Çünki maşınlar tamamilə yenidir və inkişaf etdirilməli çox şey var.

Mercedes Həmiltonun maşınında yeni DRS sistemini test edib və maşında düzlüklərdəki yırğalanma nəzərəçarpacaq dərəcədə azalıb. Tsunoda hidravlil sistemlərdəki problemə görə sessiyanı buraxmalı olub. Lekler 27-i dəqiqədə çınqıllığa çıxsa da, geri qayıda bilib. Ferrari mexanikləri Saynsı boksdan buraxarkən diqqətsizliyə yol veriblər. Nəticədə, Alonso maşını son anda dayandıraraq toqquşmadan yayına bilib. Stüardlar insidenti araşdırırlar.

Dövrəvi nəticələrin çox da informativ olmadığı bu sessiyada da ən sürətli Maks Ferstappen olub – 1:32.544. Bizi Bakı vaxtı ilə 19:00-da olduqca maraqlı və gözlənilməz nəticələrə açıq olan mövsümün ilk sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:32.544 14
2 16 Şarl Lekler Ferrari 1:32.640 + 0:00.096 16
3 11 Serxio Peres Red Bull 1:32.791 + 0:00.247 20
4 63 Corc Rassell Mercedes AMG 1:32.935 + 0:00.391 18
5 11 Karlos Sayns Ferrari 1:33.053 + 0:00.509 20
6 44 Lyuis Həmilton Mercedes AMG 1:33.121 + 0:00.577 15
7 20 Kevin Maqnussen Haas 1:33.437 + 0:00.893 14
8 77 Valtteri Bottas Alfa Romeo 1:33.733 + 0:01.189 20
9 24 Quanyu Çjou Alfa Romeo 1:33.880 + 0:01.336 18
10 18 Ləns Stroll Aston Martin 1:33.920 + 0:01.376 14
11 4 Lando Norris McLaren 1:33.955 + 0:01.411 18
12 27 Niko Hülkenberq Aston Martin 1:33.971 + 0:01.427 17
13 10 Pyer Qasli AlphaTauri 1:34.176 + 0:01.632 18
14 47 Mİk Şumaxer Haas 1:34.295 + 0:01.751 17
15 3 Daniel Rikkardo McLaren 1:34.378 + 0:01.834 20
16 14 Fernando Alonso Alpine 1:34.628 + 0:02.084 15
17 23 Aleksander Elbon Williams 1:34.868 + 0:02.324 15
18 31 Esteban Okon Alpine 1:34.957 + 0:02.413 16
19 6 Nikolas Latifi Williams 1:35.667 + 0:03.123 14
20 22 Yuki Tsunoda AlphaTauri 0
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*