15 Dekabr 2019, Bazar - 09:00

Avstraliya-2017: Həftəsonuna ilkin hava proqnozu

Avstraliya-2017: Həftəsonuna ilkin hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

08:11 - 20 Mart, 2017

Mövsümün ilk yarışı üçün yerli meteoroloqlar ilkin hava proqnozunu elan ediblər – onlar isti hava şəraiti vəd edirlər.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü Albert Parkda hava günəşli olacaq, temperatur +24 dərəcəyə qədər yüksələcək. Şənbə günü hava bir qədər buludlu olacaq, lakin hərarət +27 dərəcəyə çatacaq. Yarışın baş tutacağı gün isə +28 dərəcə istilik gözlənilir.

Hər üç gün ərzində yağışın yağma ehtimalı 10%-dir.

Xatırladaq ki, keçən il Melburnda cümə günü yağış yağmış, şənbə və bazar günlərində isə bütün sessiyalar quru havada baş tutmuşdu…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 211
Teqlər , ,
Paylaş

logo