17 Noyabr 2019, Bazar - 00:58

AutoSport mükafatlandırma mərasimi-2016: Kimlər təltif edilib?

AutoSport mükafatlandırma mərasimi-2016: Kimlər təltif edilib?

Müəllif: Elçin Zodorov, redaktor

11:39 - 05 Dekabr, 2016

Avtoidmanın ən mühüm və görkəmli tədbirlərindən biri olan AutoSport-un mükafatlandırma mərasimi dünən axşam baş tutub.

F-1.az bildirir ki, bu mükafatlandırma mərasimi hər il baş tutur və qalibləri AutoSport-un oxucuları səsvermə ilə müəyyən edirlər.

Dünənki mükafatlandırma mərasiminə bir neçə gün əvvəl gözlənilmədən karyerasını bitirdiyini açıqlayan Niko Rosberq də qatılıb. Mərasimin əvvəlində sürücülərin siyahısında adı çəkilərkən hamı tərəfindən alqışlanan son dünya çempionu Beynəlxalq Yarış Pilotu mükafatına layiq görülüb.

Niko Rosberq: “Bura ilk dəfə 15 il əvvəl gəlmişdim. Bu gecə ilin ən prestijli gecələrindən biridir. Formula1-də 11 il keçirdim və bu il mənim şübhəsiz, ən yaxşı ilim idi. Çempion olduqdan sonra karyeramı bitirmək barədə düşünürdüm, lakin etiraf etməliyəm ki, bu qərarı verməyə cəsarətimin çatacağına əmin deyildim. Məni seçən bütün oxuculara təşəkkür edirəm”.

Hazırda karyerasını davam etdirən sürücülərdən Lyuis Həmilton və Paskal Verlyayn da mükafat alanlar sırasında olub. Mercedes-in Formula1 maşını olan Mercedes W07 isə İlin Yarış Maşını seçilib.

MükafatMükafatçı
Beynəlxalq Yarış PilotuNiko Rosberq
İlin Yarış MaşınıMercedes W07
İlin DebütantıPaskal Verlyayn
İlin Ralli PilotuSebastyen Ojye
İlin Ralli MaşınıVW Polo R WRC
İlin Motosiklet SürücüsüMark Markes
İlin Britaniyalı Yarış PilotuLyuis Həmilton
McLaren Autosport BRDC MükafatıLando Norris
Gregor Grant MükafatıNaycel Mənsell
John BolsterPəddi Lou
Birincilik və Yenilik MükafatıFrederik Sosse

Son mükafatın adını daha yaxşı siz tərcümə edərsiz.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 070
Teqlər , ,
Paylaş

logo