Aston Martin növbəti transferini edib

Aston Martin komandası Honda-da uzun illər işləmiş Mark Vayt ilə müqavilə imzalayıb.

F-1.az xatırladır ki, Aston Martin bu il komandaya yeni transfrlər edib.

Mark Vayt yeni iş yerindəki vəzifəsinə sentyabrın 1-dən başlayacaq. Qeyd edək ki, britaniyalı mütəxəssisin motor sahəsində 25 ildən çox təcrübəsi var. O, Hondaya 1994-cü ildə qatılıb.

Komandanın rəhbəri Otmar Safnauer: “Vaytın avtomobil sektorunda böyük təcrübəsi var. Onun bu təcrübəsi büdcə məhdudiyyətində bizə kömək edəcək. O, iş keyfiyyətimizi artıracaq. Onun hesabına komandamız güclənəcək”.

Mark Vayt: “Sentyabr ayında Aston .Martin-dəki istedadlı insanlarla işləməyə başlayacam və çox şadam. Komandadakı ab-hava mənə təsir etdi. Onları zirvəyə daşımaq üçün əlimdən gələni edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*