Andretti komandası artıq texniki direktora sahibdir

Andretti komandası Cadillac ilə birləşərək Formula1-də çıxış etmək istədiyini bu yaxınlarda elan edib. Amerikanlar öz hədəfləri uğrunda durmadan çalışırlar.

F-1.az bildirir ki, layihənin müəllifi Maykl Andretti gələcək Formula1 komandasının texniki direktorunu artıq işə götürdüklərini bildirib.

Maykl Andretti: “Biz kifayət qədər insanı işə cəlb etmişik və bir neçə nəfər artıq bizim üçün çalışır. Əsasən, aparıcı mühəndisləri işə götürmüşük – deyə bilərik ki, hədəfimizə doğru gedirik. Artıq komandanın texniki direktoru da var, adını sonra açıqlayacağıq”.

,