AlphaTauri-nin yeni tərəfdaşı var

AlphaTauri komandası yeni tərəfdaşı - Forex üzrə broker XMTrading ilə müqavilə imzaladığını elan edib.

F-1.az xəbər verir ki, Şirkətin loqotipləri komandanın maşını AT04-ün üzərində , Yuki Tsunoda və Nik de Frizin kombinezonlarında görünəcək.

Frants Tost: “Növbəti mövsümün başlaması ərəfəsində XMTrading-i AlphaTauri komandasının rəsmi tərəfdaşı kimi salamlamaqdan məmnunam. Şirkətlərimiz innovasiya vizyonu və mükəmməlliyə can atmaq kimi xüsusiyyətləri paylaşdığı kimi eyni dəyərləri bölüşür. Başlamağı səbirsizliklə gözləyirəm”.