Alan MakNiş: “Bu gün boliddən maksimumu sıxdıq. Sıralanma turunun final sessiyasına çıxmaq üçün bizə cəmi 0.001 saniyə çatmadı – irəliləyə bilməməyimiz bir qədər məyusedicidir, amma mərhələdən əvvəl də bilirdik ki, Monzadakı həftəsonu bizim üçün asan keçməyəcək.
Gözlənildiyi kimi, sıralanma turu inanılmaz dərəcədə gərgin mübarizə şəraitində keçdi, amma biz şanslarımızdan yararlandıq və mümkün olan ən yaxşı mövqeni tutduq. Cəzaları nəzərə alsaq, bir neçə pillə irəliləyəcəyik – yarışda nə alınacağını görəcəyik”.





