18 Dekabr 2018, Çərşənbə axşamı - 16:02

ABŞ-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

ABŞ-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:04 - 17 Oktyabr, 2018

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib.

F-1.az federasiyanın rəsmi saytına istinadən xatırladır ki, keçən il yarışın son dövrələrində Maks Ferstappen 17-ci döngədə trasın hüdudlarından tam çıxmaqla Kimi Rəykköneni qabaqlamışdı. Ona görə də artıq podium otağında olan hollandiyalı sürücüyə cərimə tətbiq olunmuşdu.

Oxşar problemlərin təkrarlanmaması üçün Ostində trasın konfiqurasiyası dəyişdirilib. Bu gün FİA 16-cı və 17-ci döngələrin xaricində 5 sm hündürlüyü və 2 metr eni olan yeni porebriklərin quraşdırıldığını təsdiq edib. Keçən il 11-ci, 15-ci və 19-cu döngələrin çıxışında quraşdırılmış süni nahamarlıq indi 1-ci döngənin porebrikinin arxasında da quraşdırılıb.

Keçən il olduğu kimi sürücülər arxa qanadın hərəkətli elementinin vəziyyətini iki müstəqil sahədə dəyişə biləcəklər. Birinci ötmə zonasının deteksiya nöqtəsi 10-cu döngədən 150 metr sonra, DRS-in aktivasiya nöqtəsi isə 11-ci döngədən 250 metr sonra yerləşir. İkinci zonanın deteksiya nöqtəsi 18-ci döngədən 65 metr sonra, aktivasiya nöqtəsi isə 20-ci döngədən 80 metr sonra yerləşir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 193
Teqlər , , , ,
Paylaş

logo