A.Zaydl: McLaren “narıncı” Mercedes olmayacaq

McLaren komandasının rəhbəri Andreas Zaydl Uokinqdə heç kimin Mercedes-in müştəri komandası kimi təsir bağışlamağı düşünmədiyini deyib.

F-1.az bildirir ki,  Zaydl müstəqil olaraq uğur əldə etmək üçün çalışacaqlarını qeyd edib.

Andreas Zaydl: “Biz “narıncı” Mercedes olmayacağıq. McLaren yarış avtomobillərinin müstəqil istehsalçısıdır və bizim öz yolumuz var. Hədəflərimiz var və onlara nail olmaq üçün çalışacağıq. Racing Point Mercedes-in keçənilki maşınını kopyalayıb? Maşının qaydalara tam uyğun olmasına şübhə etmirəm və bununla bağlı etiraz etməyə heç bir səbəb görmürəm. Enerjimi buna sərf etdiyim üçün məyusam. Həll edilməli olan daha vacib məsələlər var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*