A.Rins: Bu komanda çox şeyə layiqdir

LCR Honda komandasının sürücüsü Aleks Rins ABŞ-da qazandığı üçün sevinclidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən bazar günü COTA-da karyerasının 6-cı qələbəsinə sevinib. Beləliklə, Honda 2021-ci ilin Emiliya Romanya yarışından sonra, LCR isə 2018-ci ilin Argentina yarışından sonra ilk qələbəsini əldə edib.

Aleks Rins: “Çox qürurluyam, çünki həftəsonu ərzində əla işlədik. Düzünü desəm, sevincliyəm. Motosiklet əla işlədi. Amerikada irəliyə doğru addım atdıq.

Addım-addım inkişaf edirik. Yarış asan keçmədi, çünki Pekkonun tempi yaxşı idi. Birinci və ikinci sektorlarda riskə gedərək fərqi azaltmağa çalışdım. Sonra qəza etdi və ondan sonra yarışa kökləndim, çünki lider idim.

Bunu bacardıq və LCR-in 100-cü podiumunu qazandıq. Bu komanda çox şeyə layiqdir. Yarış bitəndən sonra qollarını açıb, məni gözləyirdilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*