A.Covinatsi: Yarışda sürətləndik

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, maşından maksimumu alıb.

F-1.az xatırladır ki, italiyalı sürücü Avstriya yarışında 9-cu yeri tutaraq, komandasına vacib xallar qazandırıb.

Antonio Covinatsi: “Bugünkü nəticədən razıyam. Çətin keçən sıralanma turundan sonra bu xallar əla oldu. Yarışın ilk dövrələri çətin idi, amma dövrələr keçdikcə sürətləndik. Təbii ki, belə xaotik yarışlarda bəxtiniz gətirir, amma bəxt də hazır olanın ayağına gəlir. Mübarizə apardıq və 9-cu olduq. Yaxşı başladıq. Boksdakı və bazadakı işçilərə görə sevinirəm. Növbəti yarışı səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*