A.Covinatsi: Gələcəyim əllərimdə deyil

Alfa Romeo komandasının sürücüsü Antonio covinatsi bildirib ki, gələcəyi ilə bağlı qərarı özü yox, komanda verəcək.

F-1.az xatırladır ki, Kimi Rəykkönen növbəti mövsümdə kayerasını bitirir və iddialara görə onu Valtteri Bottas əvəz edəcək. Lakin başqa iddialara görə Alfa Romeo komandası heyətini tamamilə dəyişmək istəyir. Belə olan halda Antonio Covinatsi komandasız qalacaq. Ou əvəzləmək üçün ən real namizədlər isə Mark Şvartsman və Nik de Vrizdir.

Deyilənlərə görə italiyalı sürücü isə Ferrari-də qalmağa davam edəcək və WEC seriyasında çıxış edəcək.

Antonio Covinatsi: “Fredi (Vassyör) razı salmaq üçün daha sürətli olmalı və yaxşı nəticələr qazanmalıyam. O zaman qərarı Fred verəcək. Burada qalmaq və Alfa Romeo üçün yarışmaq istəyirəm.

Gələcəyimə bu ay ya da oktyabrda aydınlıq gələcək. buna görə də yaxşı performans göstərməliyəm. Sonra görək nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*