A.Covinatsi də cərimələnib

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi Ştiriya Qran Prisinin startında 5 yer itirəcək.

F-1.az xatırladır ki, italiyalı sürücü sıralanma turunda yerində fırlanaraq baryerlərə çırpılıb və mübarizəni dayandırmalı olub. Sessiya sonunda 15-ci yeri tutan Antonio Covinatsinin bolidində gedən araşdırmalardan sonra komanda ötürmələr qutusunu dəyişməyə qərar verib. Beləliklə, 26 yaşlı sürücü yarışa 20-ci yerdən başlayacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*