F-1.az RacingNews365-ə istinadən xəbər verir ki, bu şirkətlər Alpine, Audi və Red Bull-dur. Mercedes-in də gələn həftə bu addımı atacağı gözlənilir. Ferrari hələ ərizə təqdim etməyib, amma yaxın gələcəkdə bunun baş verəcəyi gözləniləndir. Eyni zamanda, ərizələrin verilməsi üçün son müddət daha bir ay – 2023-cü il dekabrın ortalarına qədər uzadılıb.
Mənbənin sözlərinə görə, ola bilsin ki, daha iki avtomobil istehsalçısı – Honda və Porsche də müraciət etsin. Ola bilər ki, Honda Red Bull ilə əməkdaşlıqdan əlavə, öz brendi altında mühərriklər tədarük etsin. Porsche-yə gəldikdə isə, Ştutqartda yerləşən şirkət hələ də komandalarla danışıqlar aparır və nəzəri olaraq hələ 2026-cı ildə Formula 1-ə müraciət edə bilər.