25 Avqust 2019, Bazar - 10:57

Z.Braun: “Ekklstounu ayaqüstə alqışlamalıyıq”

Z.Braun: “Ekklstounu ayaqüstə alqışlamalıyıq”

Müəllif: Rauf Hacıyev, redaktor

08:19 - 25 Yanvar, 2017

McLaren-dən Zek Braun bildirib ki, Formula1-in sabiq rəhbəri Berni Ekklstounun idmana böyük faydaları olub, amma Liberty Media şirkəti Formula1-i daha da inkişaf etdirəcək.

F-1.az xatırladır ki, Berni Ekklstoun 30 ildən çox idi ki, Formula1-in rəhbəri idi. Amma 86 yaşlı britaniyalı bu həftənin əvvəli postunu tərk edib və onun vəzifəsini Ross Braun, Şon Bratçes və Keyz Çeri icra edəcəklər.

McLaren Technology Group-un icraçı direktoru Braun bildirib ki, onlar Liberty Media-ya idmanı maraqlı etmək üçün kömək etməyə hazırdırlar: “Berni Ekklstounun yarım əsrlik işləri olmasaydı, Formula1 beynəlxalq idman növü olmazdı. Qlobal idman yaratmaq işində ondan yaxşısını düşünə bilmirəm. Berninin yerini doldurmaq çətin olacaq, ancaq o, Keys Kerinin və Liberty Media komandasının Formula1-i inkişaf etdirməsi üçün mükəmməl tramplin yaradıb. McLaren olaraq onlara kömək etmək istəyərik. Onsuz da Liberty Media-nın idarəçiləri ilə gözəl münasibətimiz var və onlarla tərəfdaşlıq etmək üçün səbirsizlənirik.

“Daha böyük” və “daha yaxşı” sözləri necə təzahür edəcək? Məncə, sirr “liberty” və “media” sözlərində gizlidir. Düşünürəm ki, növbəti 10 ildə Formula1 daha sərbəst formada idarə ediləcək və fanlara daha yaxın olacaq. Bundan başqa sosial media və oyunların hesabına yeni Formula1 fanları ortaya çıxacaq.

İndiki dövrdə fanlara necə təsir etmək olar bilirik. Liberty Media komandası isə bu vəziyyəti daha yaxşı anlayır.

Amma dediyim kimi, bu gün möhtəşəm investor və biznesmen Berni Ekklstounu təqdir etmək və ona təşəkkür etmək lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 428
Teqlər , , , , , ,
Paylaş

logo