Yaponiya-2017: Mətbuat konfranslarının cədvəli

Yaponiya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Williams komandasının sürücülər Felipe Massa və Ləns Strolla Red Bull-dan Daniel Rikkardo qoşulacaq və onlar jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Valtteri Bottas (Mercedes AMG), Stoffel Vandorn (McLaren) və Paskal Verlyayn (Sauber) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Siril Abitebul (Renault Sport), Ceyms Əllison (Mercedes AMG) və Mattia Binotto (Ferrari), sonra isə Yusuke Haseqava (Honda Motorsport), Ayo Komatsu (Haas) və Pəddi Lou (Williams) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*