V.Bottas menecerlik etmək istəyir

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas gələcəkdə gənc sürücülərə menecerlik etmək istəyir.

F-1.az bildirir ki, artıq Formula1-ə gəlmək çox çətindir, çünki bunun üçün güclü maliyyə dəstəyin olmalıdır. Yarışmaq üçün ya yaxşı sponsor tapmalısan ya da varll bir ailənin uşağı olmalısan. Buna görə də son dövrlərdə peletonda varlı insanların uşaqları artıb.

Valtteri Bottas: “Heç vaxt heç vaxt deməyin, çünki gənc və potensiallı sürücü olduğunuzda həmişə yardıma ehtiyacınız olur. 10 il əvvəl Formula1-ə gəldiyimdən bəri çox şey dəyişib. Gənc sürücülər maddi cəhətdən problem yaşayırlarsa, bunu bacarmaq getdikcə çətinləşir. Bunu hiss edirəm. Buna görə hər təklifə açığam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*