Haas komandası Bottası istəmir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Valtteri Bottasla maraqlanmırlar.

F-1.az xatırladır ki, bəzi iddialara əsasən finlandiyalı sürücü ilin sonunda Mercedes-dən ayrıla bilər və onun adı hazırda Renault və Red Bull ilə hallanır.

Günter Ştayner: “Valtteri və Sebastyanın orta qrupdakı komandalara gələcəklərini düşünmürəm. Onlarla danışıqlar aparmırıq, çünki maaşlarını verə bilmərik. Bu da böyük problemdir. Onlara hazırda çox maaş verilir”.

, ,