V.Bottas ağ xətti günahlandırıb

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yarışı startda itirib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, sürətlənmə zamanı təkərləri yerində fırlanıb və vaxt itirib. 29 yaşlı sürücü bu səhvə görə startda Həmiltonu önə buraxmalı olub.

Valtteri Bottas: “Düzünü desəm, yarış startda əldən getdi. Amma boliddə özümü yaxşı hiss etdim. Start məyusedici idi. Start aldığım yerdən sonrakı ağ xəttə görə sürüşdüm, təkərlər yerində fırlandılar və orada vaxt itirdim. Kiçik detallar fərq yaratdı. Lakin ilk üç yarışda mükəmməl həftəsonu keçirdik və buna görə qürurluyuq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*