Sprint yarışının son detalları da məlum olub

Formula1-in idman direktoru Ross Braun poul məsələsinə aydınlıq gətirib

F-1.az bildirir ki, Britaniya Qran Prisinə iki həftə qalır və F1-in idman direktoru Ross Braun bir ay əvvəl dediyi sözləri təkzib edib. Daha doğrusu, özü dediyinə düzəliş edib.

Söhbət sprint yarışın qalibindən və poulun sahibindən gedir. Braun bildirib ki, poul əsas yarışın startında ilk yer adlandığı üçün deməli 1-ci yerdən start alan da poulun sahibi olub. Poulun sahibi isə şənbə günü sprint yarışın qalibidir. Yəni statistikaya əvvəl elan olunduğu kimi cümə sıralanma turunun qalibi deyil, məhz şənbə yarışının qalibi yazılacaq.

Görək, ilk belə poulun qalibi kim olacaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*