Sinqapur-2022: Yarışa hava proqnozu

Sürücülər cümə günü quru trasda işləyiblər, dünən isə hava yağışlı olub. Bu gün də yarış vaxtı yağıntı gözlənilir.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, Sinqapurda günəş yerli vaxtla 18:57-də batacaq, sürücülər isə 20:00-da isinmə dövrəsinə yollanacaqlar. Bu vaxt havanın temperaturu +27 dərəcəyə qədər soyuyacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Yarış zamanı yağıntı ehtimalı 45%-dir.

, ,