21 Avqust 2019, Çərşənbə - 14:57

S.Peres: “Mən lider olmayacam”

S.Peres: “Mən lider olmayacam”

Müəllif: Rauf Hacıyev, redaktor

06:45 - 30 Dekabr, 2016

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, komandanın lideri rolunu üzərinə götürməyəcək.

F-1.az xatırladır ki, Niko Hülkenberq Force İndia-nı tərk etdikdən sonra komanda 20 yaşlı Esteban Okonla müqavilə bağlamışdı.

Hazırda komandanın ən təcrübəli sürücüsü 26 yaşlı Serxio Peresdir. Buna baxmayaraq, meksikalı bildirib ki, komandadakı lider rolunu üzərinə götürməyəcək: “Bu idmanda həmişə mühəndislərlə işləməli və tras üzərində maksimum performans göstərməlisiniz. Daha əvvəl Niko və Censon kimi iki mükəmməl sürücü ilə komanda yoldaşı olmuşdum. İkisi də sürətli sürücülər idi və həmişə rəqabət apararaq, inkişaf edirdik.

Hazırda Esteban ilə komanda yoldaşıyıq. O gənc olmasına baxmayaraq, çox istedadlıdır. Ondan nəsə öyrənməyə çalışacam. Amma komandanın lideri olmaq fikrim yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 480
Teqlər , , ,
Paylaş

logo