Rəsmən: Lekler yarışa sonuncu yerdən başlayacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler güc qurğusunu tamamilə dəyişdirdiyi üçün yarışa ən axırıncı yerdən başlayacaq.

F-1.az xatırladır ki, monakolu sürücünün Bakıda motoru yandıqdan sonra komanda onu yeni güc qurğununa keçirməkdə tərəddüd edirdi.

Komanda yeni güc qurğusuna keçsə də, turbo dəyişilmədiyi üçün hər hansı bir cəza olmadı. Lakin komanda dünən gecə idarəetmə elektronikasını dəyişdikdən sonra Lekrlerin yarışın startında 10 yer itirəcəyi məlum oldu.

Bundan sonra əksəryyət gözləyirdi ki, Ferrari monakolu sürücünün motorunu tamamilə dəyişsin. Nəhayət ki, italyanlar bu gün Leklerin motorunu tamamilə dəyişdiyini elan edib. Beləliklə, 24 yaşlı pilot Kanadada iki güc qurğusu dəyişdirmiş oldu və sonrakı yarışlar üçün əlində əlavə güc qurğusu olacaq.

Lekler bu detallarda dəyişiklik edib: Daxiliiyanma mühərriyi, turbo, MGU-H və MGU-K generatorları, qazburaxma sistemi. Bunun nəticəsində monakolu pilot yarışa sonuncu yerdən başlayacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*