Rəsmən: Alfa Romeo idmana qayıdır

Sauber və Ferrari ilə bağlanılan yeni müqaviləyə əsasən Alfa Romeo brendi gələn ildən etibarən Formula1-ə qayıdacaq.

F-1.az xəbər verir ki, Sauber-in istifadə edəcəyi 2018-ci il mühərrikləri Alfa Romeo adını daşıyacaq və komandanın adı Alfa Romeo Sauber F1 Team olacaq.

Sauber tərəfindən verilən açıqlamaya əsasən, strateji, kommersiya və texnoloji ortaqlıqdan başqa mühəndis və texniki məlumat paylaşımı da olacaq.

Ferrari-nin prezidenti Sercio Markionne son aylarda bir neçə dəfə Alfa Romeo adını idmana qaytarmaq istədiyini demişdi və məşhur italyan brend 1985-ci ildən sonra ilk dəfə Formula1-də iştirak edəcək.

Sercio Markionne: “Alfa Romeo brendi Sauber komandası ilə 30 ildən sonra yenidən idmana qayıdacaq. Alfa adı da yenidən Formula1-dəki böyük istehsalçılarla mübarizə aparacaq. Marka da Sauber komandasının təcrübəsindən, texnoloji və strateji məlumatlarından faydalanacaq.

Paskla Piççi (Sauber Holding AG sədri): “Alfa Romeo adının uzun, uğurlu bir hekayəsi var və qlobal müstəvidə bu cür tanınan şirkətin Formula1-ə dönərkən bizi seçməsi qürurvericidir. Bir avtomobil istehsalçısı ilə yaxından işləmək Sauber üçün önəmli fürsətdir. Uzunmüddətli və uğurlu layihə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*