Rəqiblər titul uğrunda mübarizə apararkən Pauer 68-ci poulunu qazanıb

Bu axşam Montereydə Laquna Seka avtodromunda İndyCar mövsümünün sonuncu yarışı baş tutacaq. Şənbə günü isə sürücülər sıralanma turunda güclünü müəyyən ediblər.

F-1.az xəbər verir ki, Penske komandasının sürücüsü Vill Pauer tarixi rekord olan 68-ci poulunu məhz ona ən çox ehtiyac duyduğu anda əldə edib, titul uğrunda mübarizədə onun əsas rəqibləri yarışa – Skott Dikson peletonun ortasında, Cozef Nyuqarden isə yerində fırlandığı üçün sonda başlayacaq.

Skott və Cozef ilk mərhələdə qruplarda mübarizəni dayandırıblar. Hər iki qrupdan 6 ən güclü sürücü 2-ci sessiyada mübarizəni davam etdirib və bu dəfə titula cüzi şansları olan Skott MakLaflin (8-ci yer) və Markus Eriksson (10-cu yer) mübarizədən kənar qalıblar.

Son altılığın mübarizəsi də sıx alınıb. Pauer poulu Kallum Aylott üzərində 0.0193 saniyə üstünlüklə qazanıb. İkinci cərgədə Aleksandr Rossinin Roman Qrojan üzərində üstünlüyü daha az olub – 0.0160 saniyə.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*