Red Bull İspaniyada yeni şassidən istifadə edəcək

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, İspaniyada yenilənmiş şassi ilə yarışacaqlar.

F-1.az xatırladır ki, Avstriya təmsilçisi mövsümə böyük ümidlərlə başlasa da, ilk 3 yarışdan sonra ən sürətli üçüncü komanda təəssüratı oyadıb.

Helmut Marko: “Hazırda iki problemimiz var. Birincisi, Renault mühərriyinin etibarsızlığı. Bu, bizim inkişafımızı gecikdirir. Digəri isə şassimizin rəqabətədavamlı olmaması. Bunları həll etmək üçün Renault ilə çoxlu işləyirik və İspaniyada yeni şassi ilə yarışacağıq. Kanadada isə Renault-nun yeni mühərriyini sınaqdan keçirəcəyik.

Mövsümə başlayanda liderdən 1.8 saniyə geri qalırdıq. Bu fərq Çində 1.3 saniyəyə düşdü. Bəhreyndə isə 0.9 saniyə oldu. Bu da inkişafımızı göstərir. Mercedes sıralanma turunda çox üstündür, amma bu üstünlüklərini yarışlara daşıya bilmirlər. Bir neçə yarış ərzində qələbə uğrunda mübarizə aparmağı gözləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*