R.Qrojan üçlü mübarizə gözləyir

Sabiq Formula1 sürücüsü Roman Qrojan düşünür ki, bu il çempionluq uğrunda mübarizə üç komanda arasında olacaq.

F-1.az xatırladır ki, keçən il red Bull 22 yarışdan 17-də qalib gələrək, Dünya Çempionu olmuşdu. Lakin Ferrari sıralanma tempində güclü idi. Bundan başqa Mercedes mövsümün sonlarında sürətlənmişdi.

Roman Qrojan: “Mercedes yenidən titul uğrunda mübarizəyə qayıdacaq. Red Bull isə aldığı cəzaya və erodinamik boruda az vaxt keçirməsinə baxmayaraq, yenidən zirvədə olacaq. Məncə, Ferrari də zirvə uğrunda mübarizədə olacaq.

Ən çox istədiyim şey hər həftə üç komandanın qələbə uğrunda mübarizə aparmasıdır. Əgər belə olsa, onda daha maraqlı yarışlar izləyəcəyik. Görək nə olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*