Pyer Qasli cərimələnib

FİA fransalı sürücü ilə bağlı olan insidenti araşdırıb. Təhlükəsizlik Maşını rejimində boksa yönəlib təkərlərini dəyişdirərək trasa qayıdan AlphaTauri sürücüsü peletona çatmaq üçün sürət rejimini pozub.

F-1.az xatırladır ki, Təhlükəsizlik maşını rejimi daha sonra qırmızı bayarqlarla əvəz olunub. Buna baxmayaraq sürücü Karlos Saynsın maşını təxliyə olunan yerdə 251 km/saat (icazə verilən 200) sürətlə hərəkət edib.

Ona görə də sürücüyə pit yolundan keçmək cəzası verilib. Yarış başa çatdığı üçün bu cəzaya ekvivalent olan 20 saniyə sürücünün yekun nəticəsinə əlavə olunub.

Bundan başqa Qaslinin superlisenziyasına 2 cərimə balı yazılıb. Bununla da son 12 ayda sürücünün 9 cərimə balı yığılıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*