11 Dekabr 2018, Çərşənbə axşamı - 01:58

Pirelli Sinqapur Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Sinqapur Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:26 - 04 Sentyabr, 2018

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Sinqapur Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar şəhər trasına ən yumşaq iki tərkiblə (UltraSoft və HyperSoft) birlikdə Soft tərkibini gətirəcəklər. Bu dəfə SuperSoft tərkibi buraxılıb və bu üçlük mövsümdə ilk dəfə istifadə olunacaq.

Bu dəfə tərkib seçimi müxtəlifliyi ilə göz oxşayır. Xüsusən də liderlərin fərqli yanaşması diqqəti cəlb edir – Mercedes üstünlüyü daha bərk Soft-a verib, Ferrari isə ənənəyə sadiq olaraq daha çox HyperSoft tərkibi sifariş edib.

Maraqlıdır ki, Mercedes sürücüləri həftəsonuna cəmi 6 dəst HyperSoft təkərləri alacaqlar – peletonda ən az sayda! Bu dəstlər sıralanma turuna belə çatmaya bilər – əgər nəzərə alsaq ki, komanda ilk sessiyada bir, sonrakı iki sessiyada isə iki dəstdən istifadə edəcək, onda 3 sərbəst yürüşə yalnız bir dəst qalır. Komanda bu məsələyə xüsusi diqqət etməlidir…

Sinqapur Qran Prisi üçün təkər seçimi

SürücüKomandaSoftUltraSoftHyperSoft
Lyuis HəmiltonMercedes AMG346
Valtteri BottasMercedes AMG346
Sebastyen FettelFerrari139
Kimi RəykkönenFerrari139
Daniel RikkardoRed Bull337
Maks FerstappenRed Bull337
Serxio PeresRacing Point229
Esteban OkonRacing Point229
Ləns StrollWilliams247
Sergey SirotkinWilliams157
Karlos SaynsRenault328
Niko HülkenberqRenault328
Pyer QasliToro Rosso148
Brendon HartliToro Rosso148
Roman QrojanHaas229
Kevin MaqnussenHaas139
Fernando AlonsoMcLaren328
Stoffel VandornMcLaren328
Markus ErikssonSauber238
Şarl LeklerSauber328

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 340
Teqlər ,
Paylaş

logo