Dario Marrafuski, Pirelli Motorsport-un direktoru: “Belçika Qran-Prisi üçün komandaların strategiya seçiminə hər üç təkər tərkibi öz təsirini göstərdi. Təkərlərin aşınması əvvəlki günlərlə müqayisədə daha az oldu, çünki asfaltın temperaturu, qismən bir neçə yağış damlası səbəbindən, həftəsonunun əvvəlindən bir qədər aşağı düşmüşdü. Bu isə sürücülərə turların sayını uzatmağa imkan verdi.
Yalnız Ferrari öz birbaşa rəqiblərinin strategiyasından bir qədər fərqlənməyi və start seqmentini Medium üzərində uzatmağı qərara aldı; real və ya virtual təhlükəsizlik maşınının çıxacağına ümid edirdilər və məhz bu baş verdi. Bu, komandaya pit-stop vaxtını qısaltmağa və hər iki sürücünün təkərlərini eyni turda dəyişməyə imkan verdi.
Yalnız Sayns və Bottas Soft təkərlərlə start verməyi seçdilər. Bizim fikrimizcə, belə bir strategiya yarışın ikinci hissəsində rəqiblərə “undercut” yolu ilə hücum etməklə daha yaxşı nəticə verərdi. Strategiya baxımından isə, təhlükəsizlik maşınının çıxmasına və VSC rejiminin elan olunmasına baxmayaraq, yarış nisbətən sadə alındı.”





