24 Avqust 2019, Şənbə - 07:29

P.Qasli mühəndisin reaksiyasına təəccüblənib

P.Qasli mühəndisin reaksiyasına təəccüblənib

Müəllif: Rauf Hacıyev, redaktor

16:15 - 21 Yanvar, 2019

Red Bull komandasının yeni sürücüsü Pyer Qasli bildirib ki, Yaponiya Qran Prisində Honda-nın işçisinin üzündəki ifadəyə görə təsirlənib.

F-1.az bildirir ki, yaponiyalı mühərrik istehsalçısı öz evindəki yarışa yeniliklər gətirmiş və Toro Rosso komandasının sürücüləri sıralanma turunda müvafiq olaraq 6-cı və 7-ci yerləri tutmuşdular.

Fransalı sürücü Honda-nın mühəndisi Keyzuke Minatoyanın verdiyi reaksiyanı unuda bilmir: “Suzukada sıralanma turunda 7-ci olmuşdum. Amma 5-ci olmalı idik. Düzlükdə 0.3 saniyə itirirdim və sıralanma turundan sonra onu görməyə getdim. Yaxşı nəticə olsa da, məyus idim. Amma o ağlayırdı, çünki mənə mühərriyin tam potensialını verə bilməmişdi. Yaxın işlədiyiniz insanlarda bunu görmək mükəmməldir.

Honda-nın təkmilləşməsi stabil deyildi. Bəzən aylarla sürətlənə bilmirdilər. Amma stenddə bir şey sınayırdılar və birdən yarım saniyə sürətlənirdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər ,
Paylaş

logo