O.Piastri: Belə olacağını gözləmirdik

Mövsümə pis başlayan McLaren Səudiyyə Ərəbistanında da xal hesabını aça bilməyib.

F-1.az xatırladır ki, McLaren sürücüləri dünən 15 və 17-ci yerlərlə kifayətlənməli olublar.

Oskar Piastri: “Təbii ki, günün başqa cür keçəcəyini gözləyirdik, amma yarışın lap əvvəlində başqa maşınla təmasda olduğum üçün ön qanadın bir hissəsini itirdim. Həmin epizodda başqa cür hərəkət edə bilərdim, əmin deyiləm, sadəcə məni blokladılar.

Yarışın sonunda trasda yaxşı mübarizə aparmağımız xoşdur. Həmçinin, mən bir dəst sərt təkərlə çox uzun məsafə sürdüm və bu, təkərlərin necə işlədiyini daha yaxşı anlamağa kömək edən təcrübə oldu. Amma ümumilikdə bu gün hər şey istədiyimiz kimi getmədi”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*