Lando Norris: “Əslində, gün elə də yaxşı alınmadı. Açığı, sürətli olacağımızı düşündüyümüz döngəlardə sürətimiz çatmır. Amma problem yaşayacağımızı gözlədiyimiz döngəlardə maşın o qədər də pis deyildi.
Ümumilikdə yenə də liderlərdən geri qalırıq, buna görə də hazırda ən yaxşı vəziyyətdə deyilik. Gecə ərzində nələri dəyişə biləcəyimizə baxacağıq, amma həftəsonunun qalan hissəsi əvvəlki mərhələlərlə müqayisədə daha çətin keçəcək.
Sıralanma turunda hansı nəticəni əldə edə biləcəyimizi bilmirəm. Mübarizə çox sıxdır, amma poul uğrunda mübarizə apara biləcəyimizi düşünmürəm. Buna baxmayaraq, yaxşı nəticə qazanmağa çalışacağıq”.





