MotoGP: Fransa Qran Prisi də təxirə salınıb

MotoGP çempionatının təşkilatçıları və Beynəlxalq Motosiklet Federasiyası (FİM) mayın 17-nə təyin olunan Fransa Qran Prisini təxirə salmaq qərarına gəliblər. Son anadək bu yarış çempionatın qısaldılmış təqvimində ilk sırada yer almışdı.

F-1.az bildirir ki, təxirə salınmanın səbəbi əvvəlki mərhələlərdə olduğu kimidir: koronavirusun Avropa ölkələrində tüğyan etməsi. Daha əvvəl eyni xəstəlik səbəbiylə Qətər, Tailand, ABŞ, İspaniya və Argentinada motosiklet yarışları təxirə salınmışdı.

Çempionatın təşkilatçıları təqvimi yenidən düzəltməyə və yaxın gələcəkdə yenilənmiş versiyasını təqdim etməyə söz veriblər. Köhnə təqvimdə Fransadan sonra mayın 31-də Mucellodakı yarışdır, lakin çox güman ki, bu yarış da ləğv ediləcək və ya təxirə salınacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*