Meksika-2017: Yarışa hava proqnozu

Cümə və şənbə günləri sürücülər quru havada işləyiblər, bazar günü də yağıntı gözlənilmir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər yerli vaxtla 13:00-da qızdırma dövrəsinə yollanacaqlar. Həmin vaxt hava dəyişkən buludlu, temperatur +22 dərəcə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Yarışın gedişində yağışın yağma ehtimalı 20%-i keçmir.

Xatırladaq ki, keçən il burada yarış quru havada baş tutmuşdu.

, ,