12 Dekabr 2019, Cümə axşamı - 20:25

Malayziya-2016: Pirelli-dən Hard, Medium və Soft

Malayziya-2016: Pirelli-dən Hard, Medium və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:54 - 26 Sentyabr, 2016

Malayziya Qran Prisinə Pirelli şirkəti ən bərk təkərlərini gətirəcək – Hard, Medium və Soft tərkibləri mövsümdə sonuncu dəfə Silverstounda istifadə olunub.

F-1.az xatırladır ki, yarışın gedişində Hard tərkibindən istifadə olunması məcburi olacaq. Sepanq trasında asfalt örtüyü tam yenilənib, ona görə də örtüyün codluğunun əvvəlki illərlə müqayisədə az olması gözlənilir. Asfaltın codluğu və isti temperatur əvvəlki illərdə təkərlərin intensiv yeyilməsinə və dağılmasına gətirib çıxarırdı, ona görə də komandalar daha çox pit-stop etməyə üstünlük verirdilər.

Pol Hembri, Pirelli Motorsport: “Malayziyada təkərlər ekstremal şəraitdə işləyirlər və bu trasda təkərlər əsl sınaqdan keçirlər, buna səbəb isə yüksək temperatur və döngələrdə yüksək yüklənmələrdir.

Bu il Sepanqda asfalt örtüyü bütünlüklə yenilənib və hələ məlum deyil ki, yeni örtük təkərlərin işinə necə təsir edəcək. Hava isə gün ərzində bir neçə dəfə dəyişə bilər, trası su basa bilər. Nəticədə həftəsonu rəngarəng alına bilər, trasın vəziyyətinin dəyişməsinə nəzarət etmək isə həmişə çətin olur.

Keçən illərdə biz yarışın çoxlu pit-stoplarla keçməsinin şahidi olmuşuq, ona görə də bu il sürücülər boksa daha çox müraciət etməli olacaqlar. Amma unutmayaq ki, indi komandaların ixtiyarında 3 təkər tərkibi var, bu isə taktiki seçim üçün daha geniş imkanlar vəd edir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 429
Teqlər , , , , , , ,
Paylaş

logo