Cümə axşamı avtodromun mətbuat mərkəzini hərəsində üç sürücü olmaqla iki qrup – altı nəfər ziyarət edəcək. Birinci qrupda sualları Franko Kolapinto (Alpine), Fernando Alonso (Aston Martin) və Karlos Sayns (Williams) cavablandıracaqlar. İkinci qrupda isə Oliver Börman (Haas), Oskar Piastri (McLaren) və Ayzek Həcər (Red Bull) olacaqlar.
Cümə günü jurnalistlərin suallarını rəhbərlər cavablandıracaqlar: Ədrian Nyui (Aston Martin), Simone Resta (Mercedes) və Pyer Vaşe (Red Bull).
Şənbə və bazar günləri sualları günün ən yaxşı üçlüyü cavablandıracaq.





