Macarıstan-2020: Həftəsonuna hava proqnozu

Hunqarorinqdəki yarış həftəsonları adətən isti keçir, lakin bu dəfə istisna olması gözlənilir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava yağışlı və sərin olmalıdır. Nahardan sonra mülayim şimal-qərb küləyi əsəcək, temperatur +20 dərəcəyə qədər yüksələcək.

Şənbə günü hava düzələcək, hərarət +24 dərəcəyə çatacaq, yağıntı ehtimalı isə minimumdur.

Bazar günü dəyişkən buludlu hava gözlənilir və termometrlər +25 dərəcəni göstərəcək. Yağıntı ehtimalı yülsəkdir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*