19 İyun 2019, Çərşənbə - 07:00

Macarıstan-2016: Üçüncü sərbəst yürüşlər

Macarıstan-2016: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:12 - 23 İyul, 2016

Bu gün səhər komandalar dünən topladıqları məlumatlara əsasən sazlanmalara düzəlişlər ediblər və sıralanma turu və yarışa hazırlıqlarını davam etdiriblər. Yeni asfalt örtüyü artıq dünən yaxşı ilişməyə imkan verirdi, bu gün isə daha sürətli olub.

F-1.az bildirir ki, Maks Ferstappen uzun müddət boksdan çıxa bilməyib – komanda onun maşını üzərində işini davam etdirib və sürücü yalnız sessiyanın ikinci yarısında trasa çıxa bilib. Kevin Maqnussen də boksda vaxt itirməli olub.

FİA həm sıralanma turunda, həm də yarışda 4-cü və 11-ci döngələrdə trasın xaricinə çıxmağın qadağan olunduğu barədə bir daha xəbərdarlıq yayıb – bu döngələrdə elektron ölçmə cihazları quraşdırılıb, məşqlər zamanı bu cihazlar sürücülərin tras xaricinə çıxmalarını qeydə alıblar.

Protokollara isə Niko Rosberq başçılıq edib – 1:20.261, Maks Ferstappen isə ona cəmi 0.002 saniyə uduzub. Bizi nahardan sonra maraqlı sıralanma turu gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:20.26125
233Maks FerstappenRed Bull1:20.263+ 0:00.00210
33Daniel RikkardoRed Bull1:20.726+ 0:00.46522
444Lyuis HəmiltonMercedes AMG1:20.769+ 0:00.50823
57Kimi RəykkönenFerrari1:20.859+ 0:00.59818
65Sebastyan FettelFerrari1:21.185+ 0:00.92422
714Fernando AlonsoMcLaren1:21.584+ 0:01.32311
877Valtteri BottasWilliams1:21.649+ 0:01.38821
911Serxio PeresForce İndia1:21.672+ 0:01.41122
1030Colion PalmerRenault1:21.935+ 0:01.67419
1119Felipe MassaWilliams1:21.975+ 0:01.71428
1220Kevin MaqnussenRenault1:21.989+ 0:01.72813
1322Censon BattonMcLaren1:22.009+ 0:01.74811
1421Esteban QutyerresHaas1:22.142+ 0:01.88115
158Roman QrojanHaas1:22.284+ 0:02.02313
1655Karlos SaynsToro Rosso1:22.402+ 0:02.14121
1727Niko HülkenberqForce İndia1:22.427+ 0:02.16622
1826Daniil KvyatToro Rosso1:22.541+ 0:02.28018
1912Felipe NasrSauber1:22.816+ 0:02.55523
209Markus ErikssonSauber1:23.219+ 0:02.95823
2194Paskal VerlyaynManor1:23.311+ 0:03.05024
2288Rio HaryantoManor1:23.513+ 0:03.25223

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 307
Teqlər , , , ,
Paylaş

logo