M.Markes qayıdışında qəza edib

Fransada birinci sərbəst yürüşlər geridə qalıb. Mark Markes zədədən qayıdandan sonra çıxdığı ilk sessiyada qəza edib.

F-1.az xatırladır ki, Le Mansa keçiriləcək Fransa Qran Prisi MotoGP tarixindəki 1000-ci yarışdır və buna görə də xüsusi statusu var.

Birinci sərbəst yürüşlərə zəif başlayan Cek Miller son dəqiqələrdə yeni dəst Soft təkərlərlə 1.31.449 zaman nəticəsi göstərib və zirvəyə oturub. İkinci yeri isə VR46 komandasında Luka MArini tutub. O, avstraliyalı sürücüdən 0.095 saniyə geridə qalıb.

Zədədən sonra Fransada sükan arxasına qayıdan Mark MArkes isə 11-ci döngəyə girərkən, motosikletin önünün itirib və qəza edib. Buna baxmayaraq, sessiyanı 12-ci yerdə başa vurub. Həftənin ən əss hadisəlrindən biri isə həm Xoan Mirin, həm də Mark Markesin kaleks şassilərini test etmələri idi. Mark sessiyaya köhnə şassi ilə başlayıb, amma qəzadan sonra kaleks şassisini götürüb.

Xoan Mir isə bu şassi ilə heç də pis təsir bağışlamayıb və sessiyanı 6-cı yerdə bağlayıb. Öz vətənində mübarizə aparan Yohan Zarko 4-cü olub. Son Dünya Çempionu və çempionatın lideri Françesko Banyaya isə yekunda 10-cu yeri tutub. Keçən ilin vitse-çempionu Fabio Kuartararo lider Milerdən 0.497 saniyə geridə qalaraq, 11-ci yerdə qərarlaşıb.

Bu həftəsonu Enea Bastyaninini əvəz edən Danilo Petruççu 19-cu, Migel Oliveyranı əvəzləyən Lorenzo Savadori isə 20-ci yeri tutublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*