M.Krek: Fetteldən yaxşı komanda rəhbəri olar

Aston Marton komandasının rəhbəri Mayk Krek düşünür ki, Fettel yaxşı komanda rəhbəri olar.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu karyerasını başa vurub. Onun qayıdıb-qayıtmayacağı məlum deyil.

Mayk Krek: “Bilmirəm qayıdacaq ya yox, amma həm yaxşı insandır, həm də peşəkardır. Məncə ondan yaxşı komanda rəhbəri olar”.

Qeyd edək ki, Fettel karyerası ərzində 299 yarışa çıxıb və 53 qələbə, dörd Dünya Çempionluğu titulu qazanıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*