M.Eriksson: “Ən böyük inqilabı biz etdik”

Sauber komandasının sürücüsü Markus Eriksson bildirib ki, Sauber bu il ən çox inkişaf edən komanda olacaq.

F-1.az xatırladır ki, isveçrəli komanda bu il Ferrari-nin cari mühərriklərindən istifadə edəcək.

Markus Eriksson: “Əlbəttə, bəzi komandalar güc qurğusu istehsalçılarını dəyişdirdi. Lakin düşünürəm ki, ən böyük inqilabı biz edəcəyik. Mexanika və aerodinamika cəhətdən çox şeyi dəyişdirdik. Mühərriyimiz də təzədir. Deməli ən yeni və ən fərqli paket bizdə olacaq. Boliddə potensial var və sazlanmaları tapmaq üçün zamana ehtiyacımız var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*