M.Binotto: Favorit deyilik

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, favorit deyillər.

F-1.az xatırladır ki, “qırmızılar” keçən il bütün resurslarını builki reqlament üçün istifadə ediblər. Buna görə də əksəriyyət İtaliya komandasından qələbələr gözləyir.

Mattia Binotto: “Favorit olduğumuzu düşünmürəm. Hazırda Dünya Çempionu deyilik. Keçən il çempionluq uğrunda mübarizə aparan komandalar var idi və bizdən güclü idilər. Mövsümü çox böyük üstünlüklə bitirdilər. Bu da onların gücünü göstərir. Keçmişdə güclü olublarsa, gələcəkdə də güclü olacaqlar. Buna görə də Mercedes və Red Bull-un əsas favoritlər olacaqlarını düşünürəm. Biz isə onlara meydan oxuya bilərik.

Yeni reqlamentə görə çox həyəcanlıyam. Bolidin necə işləyəcəyi mənə də maraqlıdır. Bilirəm ki, gözləntilər böyükdür. Son illərdə Ferrari olaraq gözləntiləri qarşılaya bilmədik. Artıq mübarizə vaxtıdır!”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*