L.Stroll: Komanda üçün əla nəticədir

Aston Martin komandasının sürücüsü Ləns Stroll Sinqapur yarışından sonra xoşbəxtdir.

F-1.az xatırladır ki, kanadalı sürücü Sinqapurda 6-cı yeri tutub.

Ləns Stroll: “Bu yarışda altıncı olmaq gözəldir. Builki ən yaxşı nəticəmi əldə etdim. Sebastyan üçün də yaxşı gün idi və bunun hesabına çoxlu xal qazandıq. Bu, komandadakı hər kəs üçün əla nəticədir.

Tras sürüşkən olduğu üçün yarış çətin idi. İnsidentlərdən uzaq qalmaq çətin idi. Trasın quruması çox vaxt apardı.

Quru hava təkərlərinə keçmək üçün trasın qurumağını gözləməli idik. Komanda burada yaxşı iş gördü. Mühəndislər Kubokunda yer qazanmaq əladır. Bu bizə motivasiya verir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*