L.Stroll indi də Aston Martin-i alır?

Bəzi iddialara əsasən, Lourens Stroll Aston Martin-in səhmlərini almağa hazırlaşır.

F-1.az bu xəbəri Briyaniya mətbuatına istinadən verir. Hazırda Racing Point komandasının sahibi olan Lourensin 2.4 milyard avro sərvətinin olduğu bildirilir. Bundan başqa onun klassik Ferrari kolleksiyasının dünyada tayı-bərabəri yoxdur.

İndi də bəzi iddialara əsasən, kanadalı iş adamının başçılıq etdiyi konsorsium Aston Martin-in səhmlərinin qiymətinin düşməsini fürsət bilərək onları almaq istəyir. Ancaq tərəflər bu barədə heç bir məlumat verməyiblər. Ümumilikdə belə hallarda mətbuata heç bir açıqlama verilmir.

Aston Martin-in bazardakı qiyməti 5.9 milyard avrodur. Lakin britaniyalı avtomobil istehsalçısı 2019-cu ildə 95 milyon avro zərər edib. Bu iddiadan sonra Strollun Aston Martin-i satın alacağı və Racing Point komandası ilə tərəfdaş olacağı barədə söz-söhbətlər artıb. Bu ssenari reallaşsa belə Red Bull komandasına heç bir təsiri olmayacaq. Qeyd edək ki, Aston Martin eyni zamanda Red Bull-un titul sponsorudur.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*