L.Norris: Komanda mənə çox güvənir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, komanda artıq onun geribildirimlərinə daha çox güvənir.

F-1.az xatırladır ki, McLaren komandası 2023-cü ilə çox pis başlayıb. Amma komanda yeniliklər hesabına inkişaf etməkdədir.
.
Lando Norris bu il komandanın təcrübəli sürücüsüdür. O, komandada lider pilotun olmağın çox fərqlənmədiyini düşünür: “Sözün açığı, yaxşı hissdir. Elə də fərqlənmir. Keçən il Daniellə necə işlədiyimi düşünürəm. Çox fərqlənmir. Çox şey dəyişməyib. Sözün açığı əvvəlki illərə nisbətən mənim geribildirimlərimə daha çox güvənirlər.

Amma bundan başqa Piastri ilə ikimiz boliddə nə baş veridyini, maşından nə istədiyimizi və hekayəmizi danışırıq. Bunlar çox yaxşı formada üst-üstə düşür. Eyni sürüş tərzimiz olmasa da, şərhlərimiz və şikayətlərimiz həmişə eynidir. Məncə, bu yaxşı şeydir.

Piastri yaxşı oğlandır. Özündən razı deyil. Normal və çalışqan adamdır. Yəni hər şey yaxşı və əyləncəlidir. Məncə, Danieldən fərqlidir. Avstraliyalılara zidd xarakterdədir, amma əyləncəlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*